İbtidai təhsildə əsaslı dəyişiklik olmasa, orta təhsildə yenilik edə bilmərik - Nazir

Cəmiyyət Xəbər 5 Oktyabr 2026 11:05 (UTC +04:00)
İbtidai təhsildə əsaslı dəyişiklik olmasa, orta təhsildə yenilik edə bilmərik - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İbtidai təhsilin sonunda əsaslı dəyişiklik görmürüksə, orta təhsildə də yenilik görə bilmərik.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu”ndakı çıxışı zamanı deyib.

O qeyd edib ki, bu, gələcəyin daha təhsilli olması üçün vacib məqamdır.

“Məktəbəqədər təhsilə cəlb olunan uşaqların faizi 14-dən 45-ə qədər artıb. İbtidai təhsil bizim üçün çox vacibdir. Yalnız bu il 4-cü sinif məzunlarının oxu bacarıqlarında sıçrayış gördük. İbtidai təhsilin sonunda əsaslı dəyişiklik görmürüksə, orta təhsildə də yenilik görə bilmərik.

Daha öncə təxminən 50-60 faiz 4-cü sinif şagirdi 5 və 6-cı siniflərə keçdikcə öyrənmədə çətinlik yaşayırdı. Bu faiz hazırda cüzi də olsa azalıb”, – deyə E. Əmrullayev bildirib.

Nazir əlavə edib ki, təhsildə önəmli məqamlardan biri süni intellektdir:

“Biz qərar verməliyik ki, süni intellekt bizim düşmənimizdir, yoxsa köməkçi alətdir. İndi müzakirə edilir ki, süni intellekt müəllimi əvəz edə bilər, ya yox? Əlbəttə, yox. Bu, çox dayaz müzakirədir. İndi biz düşünməli və müzakirə etməliyik ki, süni intellektdən təhsildə necə istifadə etməliyik. Qiymətləndirmədə süni intellektdən istifadə yardımçı ola bilər”, – deyə nazir vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti