Bakı. Trend:
ABŞ-nin “SpaceX” şirkəti ölkənin Kosmik Qüvvələrinin ehtiyacları üçün nəzərdə tutulan kosmik aparatları daşıyan “Falcon 9” raketini orbitə buraxıb.
Bu barədə şirkət “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, “Falcon 9” raketi USSF-317 missiyasının faydalı yükünü orbitə çatdırıb.
Raket noyabrın 20-də axşam saatlarında ABŞ-nin Kaliforniya ştatında yerləşən Vandenberq Hərbi Hava Qüvvələri bazasından start götürüb.
Kosmik aparatların texniki xüsusiyyətləri və təyinatı barədə məlumat açıqlanmayıb. ABŞ-nin “Spaceflight Now” ixtisaslaşmış nəşrinin məlumatına görə, orbitə, ehtimal ki, bir neçə peyk çıxarılıb. Bununla belə, bu məlumat nə ABŞ Kosmik Qüvvələri, nə də “SpaceX” tərəfindən təsdiqlənib.
