ABŞ İranın dörd vətəndaşına qarşı sanksiyalar tətbiq edib

Dünya xəbərləri Xəbər 21 Noyabr 2026 04:56 (UTC +04:00)
ABŞ İranın dörd vətəndaşına qarşı sanksiyalar tətbiq edib

Bakı. Trend:

ABŞ İranın dörd vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, sanksiya siyahısına daxil edilən şəxslər İran neftinin digər ölkələrə tədarükü prosesində vasitəçilik ediblər.

Sanksiyalar həmin şəxslərin ABŞ-dakı aktivlərinin dondurulmasını, eləcə də Amerika vətəndaşları və şirkətlərinin onlarla hər hansı işgüzar əlaqə qurmasının qadağan edilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti