Şəmkir Mərkəzi Xəstəxanasında tavan çöküb? – TƏBİB-dən açıqlama

Cəmiyyət Xəbər 20 Noyabr 2026 17:12 (UTC +04:00)
Şəmkir Mərkəzi Xəstəxanasında tavan çöküb? – TƏBİB-dən açıqlama
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sabiq deputat Etibar Hüseynov Şəmkir Rayon Mərkəzi Xəstəxanasında tavanın çökməsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Məsələ ilə bağlı TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, xəstəxananın dördmərtəbəli inzibati binasının birinci mərtəbəsində gecə saatlarında su xəttinin partlaması nəticəsində texniki nasazlıq baş verib.

Qurumdan qeyd edilib ki, yaranmış problem operativ şəkildə aradan qaldırılıb və həmin gün ərzində bərpa işləri tam yekunlaşdırılıb.

"Hazırda xəstəxananın fəaliyyəti normal qaydada davam etdirilir" - deyə əlavə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti