Moskvada küçələrin təmizlənməsinə robotlar cəlb edilə bilər

Dünya xəbərləri Xəbər 20 Noyabr 2026 13:14 (UTC +04:00)
Moskvada küçələrin təmizlənməsinə robotlar cəlb edilə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtda şəhərin təmizlənməsində robotlaşdırılmış həllərdən istifadəyə dair analitik material hazırlanıb.

Moskva Şəhər Sahibkarlıq və İnnovativ İnkişaf Departamentinin mətbuat xidmətindən TASS-a bildirilib ki, sənəd avtonom maşınların tətbiqinin səmərəliliyini hesablamağa imkan verir.

“Paytaxtın Sahibkarlıq və İnnovativ İnkişaf Departamentinin tabeliyində fəaliyyət göstərən Federal Pilotsuz Aviasiya Sistemləri Mərkəzinin (FPASM) ekspertləri şəhər ərazilərinin təmizlənməsində robotlaşdırılmış həllərdən istifadənin məqsədəuyğunluğunu araşdırıblar. Sənəddə texnikanın seçilməsi prosesi təsvir olunub və onun tətbiqinin səmərəliliyini hesablamaq üçün iqtisadi model təqdim edilib”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, bu materiallar mütəxəssislərə şəhər ərazilərinin təmiz saxlanılması üçün texnika seçərkən ən vacib məqamları nəzərə almağa imkan verəcək. Sənəddə, həmçinin təmizlik robotlarının mümkün tətbiqinin iqtisadi səmərəliliyi hesablanıb. Qiymətləndirməyə avadanlığın alınması, texniki xidməti, elektrik enerjisi və operatorların əməyinə çəkilən xərclər daxil edilib.

Mətbuat xidmətindən vurğulanıb ki, robotlaşdırılmış təmizlik xüsusilə geniş ərazilərdə faydalıdır. Ağıllı xüsusi texnika təkrarlanan əməliyyatları öz üzərinə götürür, kommunal xidmətlərin əməkdaşları isə daha mürəkkəb sahələrə və xüsusi bacarıq tələb edən işlərə diqqət ayıra bilirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti