Qasım İsmayılov Rusiyada bürünc medal qazanıb (FOTO)

İdman Xəbər 19 Noyabr 2026 20:45 (UTC +04:00)
Qasım İsmayılov Rusiyada bürünc medal qazanıb (FOTO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. trend:

Qasım İsmayılov Rusiyada keçirilən ağırlıqqaldırma üzrə Şanxay Əməkdaşlıq Təşkilatı Açıq Kuboku turnirində bürünc medal qazanıb.

Azərbaycan Ağırlıq Qaldırma Federasiyasından verilən məlumata görə, 75 kq çəki dərəcəsində mübarizə aparan Qasım, birdən qaldırma hərəkətində 135 kq ağırlığı ram edib.

Təmsilçimiz təkanla qaldırmada 166 kq nəticə gostərib. İki hərəkətin cəmində 301 kq nəticəyə imza atan atletimiz yekunda üçüncü olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti