Bunu etsək, Ukraynanın bütün cəbhə xətti çökər - Mask

Dünya xəbərləri Xəbər 19 Noyabr 2026 11:02 (UTC +04:00)
Bunu etsək, Ukraynanın bütün cəbhə xətti çökər - Mask
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Amerikalı milyarder və "SpaceX" şirkətinin təsisçisi İlon Mask Starlink peyk rabitəsi sisteminin Ukraynanın müdafiə qabiliyyəti baxımından son dərəcə mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

Mask bildirib ki, "Starlink" hətta hazırda da Ukrayna hərbçiləri və bütövlükdə ölkə üçün əsas rabitə vasitəsidir.

O, bu sistem olmadan Ukrayna ordusunun fəlakətli nəticələrlə üzləşəcəyini qeyd edib.

“Starlink"i söndürsəydik, Ukraynanın bütün cəbhə xətti dərhal çökərdi. Bu, yalnız Ukraynaya qarşı son dərəcə dostyana münasibət kimi xarakterizə edilə biləcək bir addımdır”, – deyə iş adamı bildirib.

Mask, həmçinin Ukraynanın hücumlarını pozmaq məqsədilə hər hansı vaxt rabitə sistemini söndürməsi ilə bağlı ittihamları qəti şəkildə təkzib edib.

“Biz Starlink-i söndürməmişik. Bu, yalandır. Bir neçə il əvvəl Ukrayna tərəfindən guya mənim Sevastopolda Rusiya donanmasına hücumun qarşısını almaq üçün "Starlink"i söndürdüyüm barədə yanlış məlumat yayılmışdı. Bu, ümumiyyətlə həqiqətə uyğun deyil”, – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti