Şuşa. Trend:
Noyabrın 18-də Şuşa şəhərində “Şuşa – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi başlayıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, mərasimdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan və Türkmənistanın nümayəndə heyətləri iştirak edirlər.
Tədbir çərçivəsində İƏT-ə üzv dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə turizm sərgisi təşkil olunub. Sərgidə iştirakçı ölkələr öz stendlərində turizm potensiallarını, mədəni irslərini və turizm imkanlarını təqdim edirlər.
Həmçinin tədbirlər planı çərçivəsində cari il ərzində Şuşada keçirilən tədbirlərə dair hesabat xarakterli təqdimat nümayiş etdirilir.
Mərasim zamanı Şuşanın 2026-cı il üzrə “İƏT-in turizm paytaxtı” statusunun başa çatması ilə əlaqədar 2027-ci il üçün müəyyən edilmiş titulun Pakistanın Lahor şəhərinə təhvil verilməsi nəzərdə tutulur.
Bağlanış mərasiminin mədəniyyət və konsert proqramı ilə yekunlaşması planlaşdırılır.
