“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır

İdman Xəbər 18 Noyabr 2026 03:35 (UTC +04:00)
“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır

Bakı. Trend:

“Beşiktaş” İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Matteys de Liqtlə maraqlanır.

İstanbul təmsilçisi 27 yaşlı niderlandlı futbolçunu qış transfer pəncərəsində icarəyə götürmək imkanını nəzərdən keçirir.

Uzun müddət zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan de Liqt daha çox oyun praktikası qazanmaq istəyir. Lakin “Mançester Yunayted” rəhbərliyi müdafiəçinin icarəyə verilməsinin məqsədəuyğunluğuna şübhə ilə yanaşır.

İngiltərə klubu futbolçunun mümkün transferini 30 milyon avro dəyərində qiymətləndirir.

De Liqt bu mövsüm Çempionlar Liqasında iki qarşılaşmada iştirak edib və məhsuldar göstərici ilə yadda qalmayıb. Onun “Mançester Yunayted”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Xəbər lenti

Xəbər lenti