Britaniya Azərbaycanı mürəkkəb regionda etibarlı tərəfdaş sayır - Səfir

Siyasət Xəbər 17 Noyabr 2026 12:58 (UTC +04:00)
Britaniya Azərbaycanı mürəkkəb regionda etibarlı tərəfdaş sayır - Səfir
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
İngilis dili xidmətinin rəhbəri Bütün xəbərlər

Bakı.Trend:

Böyük Britaniya Azərbaycanı mürəkkəb geosiyasi vəziyyətə malik regionda etibarlı iqtisadi və siyasi tərəfdaş kimi qiymətləndirir və uzunmüddətli perspektivdə sıx əməkdaşlığın davam etdirilməsinə ümid edir.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Böyük Britaniya üçün təkcə iqtisadi baxımdan deyil, həm də mürəkkəb geosiyasi vəziyyətə malik regionda etibarlı tərəfdaş kimi əhəmiyyətlidir.

“Azərbaycan Böyük Britaniya üçün iqtisadi baxımdan önəmlidir. Bununla yanaşı, kifayət qədər mürəkkəb regionda etibarlı tərəfdaş kimi də bizim üçün böyük əhəmiyyət daşıyır”, – deyə səfir qeyd edib.

Norman vurğulayıb ki, Azərbaycan 35 il ərzində həm iqtisadi, həm də siyasi sahələrdə Böyük Britaniyanın güclü tərəfdaşı olduğunu nümayiş etdirib.

“Bu tərəfdaşlığın hələ uzun illər davam edəcəyini düşünürəm”, – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti