Beş Aİ ölkəsi miqrantları Ruandaya göndərməyi planlaşdırır

Dünya xəbərləri Xəbər 16 Noyabr 2026 20:34 (UTC +04:00)

Bakı. Trend:

Almaniya, Avstriya, Niderland, Danimarka və Yunanıstan Afrikanın şərqində yerləşən Ruandada Avropada qalmaq hüququ olmayan miqrantlar üçün geri qaytarılma mərkəzi yaratmağı planlaşdırır.

“The Guardian” qəzetinin məlumatına görə, ölkələr layihənin həyata keçirilməsi ilə bağlı Ruanda ilə konkret danışıqlara başlayacaqlarını açıqlayıblar.

Layihə çərçivəsində gələn ilin əvvəlindən təxminən 100 nəfərin Ruandaya göndərilməsi nəzərdə tutulur. Sığınacaq müraciətləri rədd edilmiş şəxslər mərkəzdə bir neçə ay qaldıqdan sonra Ruandada məskunlaşmaq və ya öz ölkələrinə qayıtmaq arasında seçim edə biləcəklər.

Təşəbbüs insan hüquqları təşkilatları və Avropa Parlamentinin bəzi deputatları tərəfindən tənqid olunub. Onlar miqrantların hüquqlarının qorunması ilə bağlı təminatların olmadığını bildirirlər.

Fransalı avrodeputat Mélissa Camara razılaşmanı “ağır mənəvi uğursuzluq” adlandırıb.

Xəbər lenti

Xəbər lenti