Kənan Nəsibov Zaqreb Qran-prisinin qalibi olub

İdman Xəbər 16 Noyabr 2026 01:32 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirində qızıl medal qazanıb.

İdmançımız final görüşündə Almaniya təmsilçisi Losseni Koneyə qalib gəlib.

Nəsibov Zaqrebdə çempionluq titulunu qorumaq yolunda dörd görüşdə qələbə qazanıb. Bu qarşılaşmalardan üçü əlavə vaxtda (“golden score”) başa çatıb. Yarımfinalda isə təmsilçimiz turnirin üçüncü nömrəsi olan Gürcüstan idmançısı Saba İnaneişvilini ipponla məğlub edib.

Bu qələbə Nəsibovun Dünya Turu yarışlarında karyerası ərzində üçüncü tituludur. Bununla da o, Losseni Kone ilə şəxsi qarşılaşmalarda hesabı 2:1-ə çatdırıb.

Digər Azərbaycan cüdoçusu Uşanqi Kokauri yarımfinalda zədələndiyi üçün bürünc medal uğrunda görüşə çıxmayıb və turniri beşinci pillədə başa vurub.

Xəbər lenti

Xəbər lenti