Gəncədə mənzildə bağlı qapı arxasında qalan azyaşlı xilas edilib (VİDEO)

Hadisə Xəbər 15 Noyabr 2026 19:24 (UTC +04:00)
Gəncədə mənzildə bağlı qapı arxasında qalan azyaşlı xilas edilib (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Gəncə şəhərinin Yeni Gəncə yaşayış massivində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 2017-ci il təvəllüdlü Əhmədov Nurəddin Asim oğlunu valideynlərinə təhvil veriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti