Haaland alman futbolunun əfsanəsinin rekordunu təkrarladı

İdman Xəbər 15 Noyabr 2026 00:09 (UTC +04:00)
Haaland alman futbolunun əfsanəsinin rekordunu təkrarladı

Bakı. Trend:

Norveç millisinin hücumçusu Erlinq Haaland alman futbolunun əfsanəsi Gerd Müllerin nailiyyətini təkrarlayıb.

Norveçli forvard Millətlər Liqasının 5-ci turunda Uels yığmasına qarşı keçirilən görüşdə fərqlənib. Qarşılaşmanın 88-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Haaland hesabı 3:1-ə çatdırıb.

Bununla da “Mançester Siti”nin hücumçusu milli komandanın heyətində keçirdiyi 60 oyunda vurduğu qolların sayını 66-ya yüksəldib.

Haaland 1974-cü ildə bu göstəriciyə imza atan Gerd Müllerdən sonra Avropada eyni nailiyyəti əldə edən ilk futbolçu olub.

Xəbər lenti

Xəbər lenti