Amerikalı ədliyyə naziri aylardır evinə qayıtmır

Dünya xəbərləri Xəbər 13 Noyabr 2026 17:31 (UTC +04:00)
Amerikalı ədliyyə naziri aylardır evinə qayıtmır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin baş prokuroru və ədliyyə naziri Todd Blanş son bir neçə aydır ölkənin paytaxt dairəsində yerləşən hərbi bazada yaşayır.

Bu barədə Fox News telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın həmsöhbətləri baş prokurorun hərbi bazaya köçməsinin səbəbini açıqlamayıblar. Onun dəqiq yaşayış yeri də gizli saxlanılır.

Qeyd olunur ki, Blanş ABŞ administrasiyasının hərbi obyektin ərazisinə köçürülən yeganə nümayəndəsi deyil. Daha əvvəl ABŞ-nin müharibə naziri Pit Heqset və dövlət katibi Marko Rubio da Vaşinqtondakı hərbi bazalardan birinə köçüblər.

Bundan əlavə, son vaxtlar ABŞ-nin maliyyə naziri Skott Bessent də hərbi obyektdə yaşamağa başlayıb. Buna səbəb kimi onun guya İran tərəfindən təhdidlər alması göstərilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti