Rusiya ilə danışıqların nəticəsi ABŞ-ın Moskva ilə bağlı mövqeyindən asılı olacaq - Zelenski

Dünya xəbərləri Xəbər 13 Noyabr 2026 05:19 (UTC +04:00)
Rusiya ilə danışıqların nəticəsi ABŞ-ın Moskva ilə bağlı mövqeyindən asılı olacaq - Zelenski

Bakı. Trend:

Ukrayna Rusiya ilə müharibənin dayandırılmasına dair danışıqlarda ilin sonunadək konkret irəliləyişə nail olmağı gözləyir. Bununla belə, prosesin nəticəsi əsasən ABŞ-ın Moskva ilə bağlı mövqeyindən asılı olacaq.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyanın Baş naziri Maykl Martinlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Zelenski qeyd edib ki, ölkəsi genişmiqyaslı hücumlarla üzləşməkdə davam edir və ilin sonunadək nəticə əldə etmək üçün bütün səylərini göstərəcək.

O, həmçinin vurğulayıb ki, çox şey sabah ABŞ və Rusiya nümayəndələri arasında keçiriləcək dialoqun formatından asılıdır. Ukrayna prezidentinin sözlərinə görə, mövcud şəraitdə ABŞ da cari ilin sonunadək konkret nəticəyə nail olmaqda maraqlıdır.

Xəbər lenti

Xəbər lenti