Ağ Ev nazirlərin ictimai bəyanatlarına nəzarəti yumşaldacaq - KİV

Dünya xəbərləri Xəbər 12 Noyabr 2026 03:06 (UTC +04:00)
Ağ Ev nazirlərin ictimai bəyanatlarına nəzarəti yumşaldacaq - KİV

Bakı. Trend:

ABŞ Prezidenti Administrasiyasının aparat rəhbəri vəzifəsinə Stiven Millerin təyin olunmasından sonra federal qurumların rəhbərləri ictimaiyyətlə kommunikasiya məsələlərində daha geniş müstəqillik əldə edəcəklər.

Bu barədə “Fox News” telekanalı ABŞ Prezident Administrasiyasının daxili memorandumuna və öz mənbələrinə istinadən məlumat yayıb.

Sənədə əsasən, Ağ Evdə Nazirlər Kabinetinin katibi vəzifəsi Nazirlər Kabineti ilə əlaqələr üzrə direktor vəzifəsi ilə əvəz olunacaq. Yeni vəzifənin əsas funksiyası nazirlik və qurum rəhbərlərinə dəstək göstərmək olacaq.

Memorandumda qeyd edilir ki, hər bir qurum rəhbəri öz nazirliyinin ən yaxşı idarəçisi və nümayəndəsidir. Yeni vəzifə Ağ Evə nazirlikləri ABŞ vətəndaşlarının maraqları naminə sürətli, mühüm və uzunmüddətli nəticələr əldə etmək üçün zəruri resurslar və dəstəklə təmin etməyə imkan verəcək.

Telekanalın həmsöhbətlərinin iddiasına görə, Millerin sələfi Syuzan Uaylsın dövründə federal qurumların ictimaiyyətlə bütün kommunikasiya fəaliyyəti, demək olar ki, Ağ Evin mərkəzləşdirilmiş nəzarəti altında olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti