İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti Tehranda keçiriləcək

Dünya xəbərləri Xəbər 11 Noyabr 2026 12:59 (UTC +04:00)
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti Tehranda keçiriləcək
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının sammiti 3-4 dekabrda Tehranda keçiriləcək.

İranın Birinci vitse-prezidentinin informasiya portalının məlumatına görə, bunu Birinci vitse-prezident Məhəmməd Rza Arif çərşənbə günü (11 noyabr) Tehranda Nazirlər Kabinetinin iclasında deyib.

“İƏT-ə üzv ölkəklərin dövlət başçılarının iclasının uyğun səviyyədə keçirilməsi üçün lazımi işlərin həyata keçirilməsinə başlanıb və bütün nazirlər sözügedən sammitin təşkilatçı komitəsi ilə lazımi əməkdaşlığı etməlidir”, -deyə o bildirib.

Arif qeyd edib ki, bu sammit İƏT-ə üzv ölkələr üçün dəyərli imkanlar yaradacaq və regional əməkdaşlığın inkişafına köməklik göstərəcək.

İran rəsmisi əlavə edib ki, İran prezidenti Məsud Pezeşkian BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransının sammitində iştirak etmək məqsədilə Türkiyə səfəri çərçivəsində ətraf mühitin qorunması üçün prinsipial mövqeyi bəyan edəcək. İran həmişə beynəlxalq iclaslarda ətraf mühitin qorunmasında ciddi iştiraka sahib olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti