Dekabrda neçə gün evdə qalacağıq?

İqtisadiyyat Xəbər 10 Noyabr 2026 13:35 (UTC +04:00)
Dekabrda neçə gün evdə qalacağıq?
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 9 gün qeyri-iş günü olacaq.

Trend bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2026-cı il üçün təsdiq etdiyi istehsalat təqvimindən məlumat əldə edib.

Təqvimə əsasən, dekabr ayında 8 gün şənbə və bazar günlərinə təsadüf edir. Bundan əlavə, dekabrın 31-i – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də iş günü hesab edilmir.

Beləliklə, dekabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 22 iş günü, 9 qeyri-iş günü olacaq.

Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə dekabr ayında 5 qeyri-iş günü nəzərdə tutulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti