İmişlidə ağır qəza: İki nəfər ölüb

Hadisə Xəbər 9 Noyabr 2026 12:20 (UTC +04:00)
İmişlidə ağır qəza: İki nəfər ölüb

Bakı. Trend:

İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində yük və minik avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Bildirilib ki, qəza nəticəsində vətəndaşlar avtomobildə sıxılmış vəziyyətdə qalıblar.

Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Hadisə yerində aparılan araşdırma zamanı qəzanın “DAF” markalı yük və “KİA” markalı minik avtomobillərinin iştirakı ilə baş verdiyi müəyyən edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən qəza nəticəsində həlak olan sürücünün (kişi) və sərnişinin (qadın) meyitləri “KİA” markalı avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti