Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib

Siyasət Xəbər 9 Noyabr 2026 10:10 (UTC +04:00)
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan xalqını 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.

“Azərbaycanlı qardaşlarımızın 9 Noyabr – Dövlət Bayrağı Günü mübarək olsun!” – paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.

Sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti