Bakı. Trend:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Zəfər Günü ilə bağlı paylaşım edib.
Trend xəbər verir ki, paylaşımda deyilir:
"Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz
Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və
veteranlarımıza hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza,
şücaətinizə, cəsarətinizə, dözümlülüyünüzə görə, bugünkü bayramı
müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!
Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini
ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram!
Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN".
