Bu ölkədə parlamentə su gəlmir, işıq fasilələrlə verilir

Dünya xəbərləri Xəbər 6 Noyabr 2026 16:19 (UTC +04:00)
Bu ölkədə parlamentə su gəlmir, işıq fasilələrlə verilir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukrayna Ali Radasında su və istilik yoxdur, elektrik enerjisi isə fasilələrlə verilir.

"Novini Live" portalının məlumatına görə, bu barədə ukraynalı deputat Daniil Getmantsev Telegram kanalında məlumat verib.

O bildirib ki, parlamentdəki şərait Kiyev sakinlərinin üzləşdiyi vəziyyətdən fərqlənmir.

Qeyd edək ki, bundan əvvəl paytaxtda elektrik enerjisinin qəza rejimində verilişi dayandırılıb.

Bundan əvvəl Ukraynanın Energetika Nazirliyi paytaxt regionunda vəziyyətin ölkə üzrə ən mürəkkəb olduğunu açıqlayıb. Elektrik enerjisinin uzun müddət ərzində kəsilməsi fonunda Kiyev sakinləri şəhərin müxtəlif rayonlarında etiraz aksiyalarına çıxıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti