Hazırda 50-dən çox şəxs ürək transplantasiyası üçün gözləyir

Cəmiyyət Xəbər 6 Noyabr 2026 11:45 (UTC +04:00)
Hazırda 50-dən çox şəxs ürək transplantasiyası üçün gözləyir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda 50-dən çox şəxs ürək transplantasiyası üçün gözləyir.

Trend-in müxbiri xəbər verir ki, bu barədə ürək-damar cərrahı Kamran Musayev cümə günü Ürək Transplantasiyası Həftəsi çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən media nümayəndələri üçün təşkil edilən seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, 10 milyonluq bir ölkədə bu xəstələrə kifayət edəcək qədər donor olmalıdır.

“Ona görə mən bir daha fürsətdən də istifadə edib insanlarımızı cəmiyyətimizin üzvlərini orqan donorluğu yönündə aktiv olmağa dəvət edirəm və beyin ölümü baş vermiş xəstələrin orqanlarının bağışlanmasına dəvət edirəm”,- deyə o bildirib.

Xatırladaq ki, bugünə qədər beyin ölümü keçirmiş 13 meyid donordan 73 orqan və toxuma transplantasiya edilib.

Ümumilikdə isə beyin ölümü protokolu tərtib olunduqdan bu günə qədər 72 nəfərə beyin ölümü diaqnozu qoyulub.

Bunlardan 14 nəfər rəhmətə gedib, ikinci dəfə beyin ölümü təstiqi üçün zaman çatmayıb. 27 nəfərin orqanları köçürülməyə uyğunsuz olub, 18 nəfərin yaxınları isə imtina edib

Məqalədə:

Xəbər lenti

Xəbər lenti