Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 3,721 milyard ABŞ dolları təşkil edib.
Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamaya görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,765 milyard ABŞ dolları və ya 3,9 dəfə çoxdur.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10%-i həcmində olub. Bununla da Böyük Britaniya Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Böyük Britaniyaya 3,483 milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,242 milyard ABŞ dolları və ya təqribən 14,4 dəfə çoxdur.
İxrac əməliyyatlarının 3,483 milyard dolları qeyri-neft məhsullarının payına düşüb. Bununla da Böyük Britaniya Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında ilk pillədə qərarlaşıb.
Hesabat dövründə Azərbaycan sözügedən ölkədən 237,839 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 476,5 milyon ABŞ dolları və ya 3 dəfə azalma deməkdir.
Ümumilikdə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumi dəyəri 37,210 milyard ABŞ dolları olan ticarət əməliyyatları həyata keçirib. Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,836 milyard ABŞ dolları və ya 5,2 faiz artıb.
Xarici ticarət dövriyyəsinin 23,865 milyard ABŞ dolları ixracın, 13,346 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, son bir ildə ixrac 5,259 milyard dollar və ya 28,3 faiz artıb, idxal isə 3,423 milyard dollar və yaxud 20,4 faiz azalıb.
Nəticədə, Azərbaycanın xarici ticarət balansında 10,519 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Bu göstərici illik müqayisədə 8 milyard 379 milyon dollar və ya 5,7 dəfə artıb.
