Azərbaycan və Gürcüstan hərbi təhsil sahəsində əməkdaşlığı müzakirə edib (FOTO)

Cəmiyyət Xəbər 5 Noyabr 2026 15:22 (UTC +04:00)
Azərbaycan və Gürcüstan hərbi təhsil sahəsində əməkdaşlığı müzakirə edib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Gürcüstan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Gürcüstan Milli Müdafiə Akademiyası rəisinin birinci müavini polkovnik İmeda Gvritshvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edərək xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olan nümayəndə heyəti institutun rektoru polkovnik Elnur Ələsgərli ilə görüşüb.

Görüşdə Azərbaycanın hərbi təhsil sistemində son illərdə həyata keçirilən islahatlar, görülən işlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilib.

Tərəflər, həmçinin hərbi təhsilin inkişafı istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Qarşılıqlı hədiyyə mübadiləsindən sonra xatirə fotosu çəkdirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti