Fransada partlayış olub, ofislərə ziyan dəyib

Dünya xəbərləri Xəbər 5 Noyabr 2026 16:08 (UTC +04:00)
Fransada partlayış olub, ofislərə ziyan dəyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransanın Ayaçço şəhərində "Corsica Linea" gəmiçilik şirkətinin ofisinin qarşısında partlayış baş verib.

Bu barədə "Le Figaro" nəşri məlumat yayıb.

Hadisə noyabrın 5-də gecə saat 02:00 radələrində (Bakı vaxtı ilə saat 05:00) baş verib. Partlayıcı qurğunun işə düşməsi nəticəsində binanın fasadına və yaxınlıqda park edilmiş iki avtomobilə ziyan dəyib.

Nəşrin mənbəsi partlayışın “həmkarlar ittifaqları arasında münaqişə” fonunda baş verdiyini bildirib. Bununla belə, o, belə bir münaqişə çərçivəsində təzyiq göstərmək üçün bu cür üsuldan istifadə edilməsinin “tamamilə yeni hal olacağını” qeyd edib.

Qeyd edək ki, "Corsica Linea" şirkətinin işçiləri ilə rəhbərliyi arasında əmək münasibətləri və iş şəraiti ilə bağlı fikir ayrılığı yaranıb. Münaqişə şirkət rəhbərliyinin başqa bir gəmiçilik şirkətindən gəmi icarəyə götürmək qərarına görə daha da kəskinləşib və həmkarlar ittifaqı buna etiraz olaraq tətil keçirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti