Bakı. Trend:
Bu ilin yanvar-oktyabr ayları üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri məlum olub.
BFB-nin məlumatına əsasən, dövr ərzində ən çox dövriyyəsi olan şirkət "ABB İnvest İnvestisiya Şirkəti" QSC olub (26,491 milyard manat).
Siyahıda ikinci pillədə 19,013 milyard manat dövriyyə ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, üçüncü yerdə isə 5,997 milyard manat dövriyyə ilə "İnvest-Az İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
Qeyd edək ki, BFB-nin daxili qaydalarına əsasən üzvlərin renkinqi aylıq hesablanır və hər növbəti ayın əvvəlində elan olunur. Renkinq repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla hesablanır.
Aşağıdakı cədvəldə investisiya şirkətlərinin 2026-cı ilin yanvar-oktyabr ayları üzrə dövriyyələrinin həcmi göstərilib:
| Rank | Adı | Dövriyyə (manatla) | Əməliyyatların sayı |
|---|---|---|---|
| 1 | "ABB İnvest İnvestisiya Şirkəti" QSC | 26,490,887,232.00 | 26863 |
| 2 | “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC | 19,013,047,531.00 | 52146 |
| 3 | "İnvest-Az İnvestisiya Şirkəti" QSC | 5,996,772,661.00 | 5125 |
| 4 | "Unicapital İnvestisiya Şirkəti" ASC | 5,699,487,979.00 | 5054 |
| 5 | CPM-İnvest İnvestisiya Şirkəti QSC | 5,525,442,622.00 | 2295 |
| 6 | Assist Finance İnvestisiya şirkəti ASC | 2,599,398,773.00 | 1596 |
| 7 | "CFI FİNANCİAL İnvestisiya Şirkəti" QSC | 1,419,353,813.00 | 45 |
| 8 | “İnno Kapital İnvestisiya Şirkəti” ASC | 1,245,833,781.00 | 1050 |
| 9 | "Xalq Kapital İnvestisiya Şirkəti" QSC | 467,411,036.00 | 189 |
| 10 | Capital Partners İnvestisiya Şirkəti QSC | 455,926,899.00 | 491 |
| 11 | Troni İnvestisiya Şirkəti QSC | 347,404,358.00 | 9303 |
| 12 | MFX Trading İnvestisiya Şirkəti | 70,993,390.00 | 60 |
| 13 | ASC “Xalq” Bankı | 12,467,351.00 | 385 |
