BMT Azərbaycana xüsusi sertifikat təqdim edib (FOTO)

Cəmiyyət Xəbər 5 Noyabr 2026 10:37 (UTC +04:00)
BMT Azərbaycana xüsusi sertifikat təqdim edib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Birləşmiş Millətlər Təşkilatı tərəfindən Azərbaycan Respublikasına “ASAN xidmət” modelinin innovativ dövlət xidmətlərinin göstərilməsinə və Dayanıqlı İnkişaf Məqsədlərinin 16-cı məqsədinə nail olunmasına verdiyi töhfələrə görə xüsusi sertifikat təqdim olunub.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki,sertifikatım təqdim edilməsi “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit çərçivəsində baş tutub.

Sammitdə həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Cibuti Respublikasının Rəsmiləşdirmə və Sosial Müdafiə üzrə Əmək Nazirliyi, BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyası, eləcə də Şri-Lanka Demokratik Sosialist Respublikasının Dövlət İdarəçiliyi, Əyalət Şuraları və Yerli Özünüidarəetmə Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Qeyd edək ki, Bakıda “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit keçirilir.

2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə (BMT) arasında imzalanmış Töhfə Sazişi çərçivəsində reallaşan sammit Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin birgə təşkilatçılığı ilə baş tutur.

Sammitdə BMT-ə üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti