İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən dörd Əfqanıstan vətəndaşı saxlanılıb

Cəmiyyət Xəbər 4 Noyabr 2026 12:53 (UTC +04:00)
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən dörd Əfqanıstan vətəndaşı saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd edən dörd Əfqanıstan vətəndaşı saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində dörd nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti