Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

İqtisadiyyat Xəbər 3 Noyabr 2026 15:38 (UTC +04:00)
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
İngilis dili xidmətinin rəhbəri Bütün xəbərlər

Bakı.Trend:

İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin və İtaliya Xarici Ticarət Agentliyinin (ICE) təşəbbüsü ilə noyabrın 23-də Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək.

Bu barədə İtaliyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Tədbirdə hər iki ölkənin dövlət qurumlarının və biznes dairələrinin nümayəndələri iştirak edəcəklər.

Forumun proqramına plenar iclas, tematik sessiyalar və B2B formatında ikitərəfli görüşlər daxildir. İştirakçılar bir sıra istiqamətlər üzrə iqtisadi və sənaye əməkdaşlığının perspektivlərini müzakirə edəcəklər.

Bunlara neft-qaz sektoru və bərpaolunan enerji mənbələri daxil olmaqla energetika, infrastruktur, logistika və tikinti, qabaqcıl sənaye, süni intellekt və yeni texnologiyalar, eləcə də kritik xammal sahələri daxildir.

Forumda süni intellektin iqtisadiyyatın real sektorunda tətbiqinə, o cümlədən məlumatların emalı mərkəzlərinin, yüksək məhsuldarlıqlı hesablamaların və süni intellekt infrastrukturlarının inkişafına xüsusi diqqət yetiriləcək.

Bununla yanaşı, sözügedən texnologiyaların emal sənayesi, logistika, kənd təsərrüfatı və aqrar-sənaye kompleksi, turizm, ixracyönümlü xidmətlər, əczaçılıq və metallurgiya sahələrində tətbiqi imkanları nəzərdən keçiriləcək.

Forumda iştirak ödənişsizdir. Qeydiyyatdan keçmək üçün noyabrın 16-sı saat 23:59-dək onlayn anket doldurmaq lazımdır.

Forumun energetika, infrastruktur, logistika, tikinti, qabaqcıl texnologiyalar, kənd təsərrüfatı, əczaçılıq, metallurgiya və kritik minerallar sahələrində iki ölkənin şirkətləri arasında konkret əməkdaşlıq imkanlarının müzakirəsi üçün platformaya çevriləcəyi gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti