Çin "SpaceSail" peyklərinin 21-ci qrupunu orbitə çıxarıb

Dünya xəbərləri Xəbər 3 Noyabr 2026 06:34 (UTC +04:00)
Çin "SpaceSail" peyklərinin 21-ci qrupunu orbitə çıxarıb
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin "CAS Space" şirkəti "SpaceSail" rabitə peyklərinin 21-ci qrupunu uğurla orbitə çıxarıb.

Buraxılış noyabrın 3-də Bakı vaxtı ilə saat 04:15-də Çinin şimal-qərbində yerləşən Szyutsüan kosmodromunun "Dunfen" kommersiya meydançasından həyata keçirilib.

Kosmik aparatların orbitə çatdırılması üçün "Kinetica-2" daşıyıcı raketindən istifadə olunub.

Çində "Tsyanfan" adı ilə tanınan "SpaceSail" peykləri aşağı Yer orbitində Ku, Q və V tezlik diapazonlarında fəaliyyət göstərir.

Peyklər Şanxay hökumətinin dəstəyi ilə "Shanghai Spacesail Technologies" şirkəti tərəfindən hazırlanmış G60 peyk qruplaşmasının tərkibinə daxildir.

Xəbər lenti

Xəbər lenti