Bakı.Trend:
Tanınmış amerikalı rejissor Maykl Mann atıcılıq poliqonunda təsadüfən öz ayağına atəş açaraq yüngül yaralanıb.
Bu barədə TMZ portalı onun nümayəndəsinə istinadən məlumat yayıb.
“Şənbə günü atıcılıq poliqonunda qoburda olan silahdan təsadüfən atəş açılıb və nəticədə rejissor Maykl Mann yüngül yaralanıb. Ona tibbi yardım göstərilib və hazırda xəstəxanadan evə buraxılır”, – deyə portal nümayəndənin sözlərini sitat gətirib.
Los-Anceles polisi də daha əvvəl TMZ-yə hadisə faktını təsdiqləyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açılması barədə məlumatlardan sonra şənbə günü "The Range LA" atıcılıq kompleksinə gəliblər.
Maykl Mann “Emmi” mükafatı da daxil olmaqla bir sıra nüfuzlu mükafatların laureatıdır. Rejissorun ən tanınmış filmləri arasında “Ortaq” (Collateral, 2004), “Oğru” (Thief, 1984) və “Qarşıdurma” (Heat, 1995) yer alır. 2027-ci ilin əvvəlində “Döyüş” filminin davamının çəkilişlərinə başlanılması gözlənilir.
