ABŞ-də stadion yaxınlığında atışma: ölən və yaralananlar var

Dünya xəbərləri Xəbər 1 Noyabr 2026 13:22 (UTC +04:00)
ABŞ-də stadion yaxınlığında atışma: ölən və yaralananlar var

Bakı. Trend:

ABŞ-nin Alabama ştatının Birmingem şəhərində "Legion Field" stadionunun yaxınlığında baş verən atışma nəticəsində azı bir nəfər ölüb, daha səkkiz nəfər yaralanıb.

Bu barədə "ABC News" telekanalı polisə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, doqquz nəfər güllə yarası alıb, onlardan biri ölüb. Daha bir yaralının vəziyyəti kritik qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində bir neçə odlu silah aşkar ediblər.

Şübhəli şəxs saxlanılaraq dindirilmək üçün polis şöbəsinə aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti