Zelenski Türkiyəyə səfər edib

Dünya xəbərləri Xəbər 31 Oktyabr 2026 16:41 (UTC +04:00)
Zelenski Türkiyəyə səfər edib

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla mühüm danışıqlar aparmağı planlaşdırır.

Bu barədə o, özünün “Telegram” kanalında paylaşım edib.

Zelenski bildirib ki, danışıqlarda Ukrayna xalqının müdafiəsinin gücləndirilməsi, Türkiyə ilə dövlətlərarası tərəfdaşlıq və diplomatik perspektivlər müzakirə olunacaq.

O, həmçinin Qara dənizdə gəmiçiliklə bağlı mühüm məsələlərin gündəmdə olacağını qeyd edib.

Zelenskinin sözlərinə görə, səfər çərçivəsində Ümumdünya Pravoslav Kilsəsinin Patriarxı Varfolomey ilə görüş də planlaşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti