Mingəçevirdə 42 yaşlı kişi bıçaqlanaraq öldürülüb

Hadisə Xəbər 30 Oktyabr 2026 19:58 (UTC +04:00)
Mingəçevirdə 42 yaşlı kişi bıçaqlanaraq öldürülüb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Mingəçevir. Trend:

Mingəçevirdə 42 yaşlı kişi bıçaq xəsarəti nəticəsində ölüb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə şəhərin Günəşli yaşayış massivində yerləşən fərdi təsərrüfatlardan birində qeydə alınıb.

1984-cü il təvəllüdlü şəhər sakini ürək nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti