Hakerlər "Polymarket" istifadəçilərindən 2,5 milyard dollardan çox pul oğurlayıblar

Dünya xəbərləri Xəbər 30 Oktyabr 2026 05:47 (UTC +04:00)
Hakerlər "Polymarket" istifadəçilərindən 2,5 milyard dollardan çox pul oğurlayıblar

Bakı. Trend:

Hakerlər "Polymarket" bukmeker platformasının saytındakı texniki boşluqdan istifadə edərək istifadəçilərin hesablarından ən azı 2,6 milyon dollar oğurlayıblar.

Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

Nəşrin mənbəsinin sözlərinə görə, hücuma Polymarket saytında istifadə olunan performans monitorinqi üzrə üçüncü tərəf aləti DebugBear-dəki texniki boşluq səbəb olub. Mənbə bildirib ki, Polymarket şirkəti mərkəzi Böyük Britaniyada yerləşən DebugBear ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Şirkət istifadəçilərin vəsaitlərinin təhlükəsizliyinin pozulduğunu təsdiqləyib və hücumun nəticələrini aradan qaldırmaq məqsədilə beynəlxalq platformasında ticarəti müvəqqəti dayandırıb.

WSJ-nin blokçeyn pul kisələrinin aktivliyinin təhlilinə əsasən, ehtimal ki, hücumçuya məxsus olan pul kisəsində Polymarket istifadəçilərinin hesablarından çıxarılan 2,5 milyon dollardan çox vəsait aşkarlanıb. Məlumatlar vəsaitlərin 700-dən çox hesabdan oğurlandığını göstərir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti