Məşhur britaniyalı aktyor Patrik Stüart vəfat edib

Dünya xəbərləri Xəbər 30 Oktyabr 2026 00:36 (UTC +04:00)
Məşhur britaniyalı aktyor Patrik Stüart vəfat edib

Bakı. Trend:

Britaniyalı aktyor Patrik Stüart 86 yaşında vəfat edib.

Bu barədə onun sosial şəbəkə hesablarında məlumat verilib.

“Gül əvəzinə Con Hopkins Universitetinin Alzheimer Xəstəliyi Tədqiqat Mərkəzinin Fonduna və xəstələrə qulluq edən şəxslərə dəstək məqsədilə Amerika Alzheimer Fonduna ianə edə bilərsiniz”, – deyə aktyorun “Instagram” hesabında yayımlanan paylaşımda bildirilib.

Stüartın ən məşhur rolları arasında “Ulduz yolu: Növbəti nəsil” serialında kapitan Jan-Lük Pikar və “İks-adamlar” filmlər seriyasında professor Çarlz Ksavyenin obrazları yer alır.

Patrik Stüart 1940-cı il iyulun 13-də İngiltərənin şimalındakı Yorkşir qraflığının Mirfild şəhərində anadan olub. O, aktyorluq karyerasına 1966-cı ildə teatrda başlayıb. 1966–1993-cü illərdə səhnədə çıxış edən Kral Şekspir Teatrının əsas aktyorlarından biri olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti