AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu tarixdə açıqlayacaq

İqtisadiyyat Xəbər 29 Oktyabr 2026 10:13 (UTC +04:00)
AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu tarixdə açıqlayacaq
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il dekabr ayının 23-də ictimaiyyətə açıqlanacaq.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, cari ilin qalan dövründə də faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu, əsas makroiqtisadi göstəricilərin dinamikası, valyuta bazarında gedən proseslər nəzərə alınmaqla qəbul ediləcəkdir.

"Qlobal mühitdəki qeyri-müəyyənliklər və onların daxili iqtisadiyyata ötürülmə intensivliyi diqqətə alınaraq bundan sonra da makroiqtisadi göstəricilər üzrə proqnozlar bir neçə ssenaridə nəzərdən keçiriləcək", - məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Belə ki, müvafiq qərarla uçot dərəcəsi 6.5%, aşağı həddi 5% və yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti