Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi

Dünya xəbərləri Xəbər 28 Oktyabr 2026 13:35 (UTC +04:00)
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan parlamenti Amerika Birləşmiş Ştatlarıilə Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu (TRIPP) üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini ratifikasiya edib.

Ermənistan mediasının xəbərinə görə, layihəni Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan təqdim edib.

Təşəbbüsü 63 deputat dəstəkləyib, 32 deputat isə əleyhinə səs verib.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti