7-ci sinif şagirdi məktəbin pəncərəsindən yıxılaraq ölüb

Hadisə Xəbər 28 Oktyabr 2026 12:50 (UTC +04:00)
7-ci sinif şagirdi məktəbin pəncərəsindən yıxılaraq ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şagird aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti