Bakı. Trend:
ABŞ İsrailin raket hücumlarından müdafiə imkanlarını artırmaq məqsədilə Texas ştatından ölkəyə əlavə “Patriot” zenit-raket kompleksinin göndərilməsinə qərar verib.
Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, noyabr ayında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus daha bir aviadaşıyıcı zərbə qrupu da Yaxın Şərqə göndəriləcək. Yeni qrupun hazırda regionda yerləşən 20 ABŞ hərbi gəmisinə qoşulacağı gözlənilir.
Qeyd olunur ki, Vaşinqton İranla hərbi əməliyyatların yenidən başlaya biləcəyi ehtimalını nəzərə alaraq Yaxın Şərqdəki hərbi mövcudluğunu genişləndirir.
Qəzetin mənbələrinin bildirdiyinə görə, ABŞ administrasiyası münaqişənin yenidən alovlanacağı təqdirdə görülə biləcək tədbirlərlə bağlı müxtəlif ssenariləri nəzərdən keçirir.