Xınalıqda turizmin inkişafı yerli qadınların fəaliyyət imkanlarını genişləndirib

İqtisadiyyat Xəbər 27 Oktyabr 2026 15:57 (UTC +04:00)
Xınalıqda turizmin inkişafı yerli qadınların fəaliyyət imkanlarını genişləndirib
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Xınalıqda turizmin inkişafı ilə yerli qadınların sənətkarlıq və turizmlə bağlı digər fəaliyyətlərdə iştirakı artıb.

Trend-in müxbiri xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Mədəni irs şöbəsinin Mədəni irsin inkişafı bölməsinin müdiri Leyla Musayeva çərşənbə axşamı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Ortaq gələcək üçün turizm: inklüzivlik, bərabərlik və icmaların liderliyi sülhün qurulmasına necə təmkinlə töhfə verir” mövzusunda keçirilən müzakirədə deyib.

O bildirib ki, Azərbaycanın ən yüksək dağlıq ərazilərində yerləşən kəndlərindən biri olan Xınalıq 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə dövlət qoruğu elan edilib. Bu, kəndin əhalisinin azalmasından və tədricən aşınmasından qorunması istiqamətində mühüm addım olub.

Leyla Musayevanın sözlərinə görə, Xınalığın mədəni irsi Azərbaycanın müxtəlif bölgələrini həm fiziki, həm də mədəni baxımdan birləşdirən daha geniş landşaftın bir hissəsidir. Mövsümi yay və qış otlaqlarını birləşdirən Köç yolu da həmin landşafta daxildir.

“2023-cü ildə geniş tədqiqatlardan və Dövlət Turizm Agentliyinin səylərindən sonra Xınalıq və Köç yolu mədəni landşaftı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib”, – deyə o qeyd edib.

Agentlik rəsmisi əlavə edib ki, 2021–2024-cü illərdə Xınalıqda bərpa və konservasiya işləri aparılıb. Bu işlər və ərazinin UNESCO-nun Ümumdünya İrsi kimi tanınması kəndin memarlıq irsinin və ənənəvi məskunlaşma quruluşunun qorunması istiqamətində səyləri gücləndirib.

Leyla Musayeva yerli ənənələrin və dilin qorunmasının, gənc nəslin irslə bağlılığının təşviqinin də vacibliyini vurğulayıb. Onun sözlərinə görə, turizm yeni iqtisadi imkanlar yarada, yerli irs barədə məlumatlılığı artıra və icmanın kəndin qorunması və inkişafında daha geniş iştirakını təşviq edə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti