Lamin Yamal ardıcıl üçüncü dəfə mövsümün ən yaxşı gənc futbolçusu seçilib

İdman Xəbər 27 Oktyabr 2026 01:27 (UTC +04:00)
Lamin Yamal ardıcıl üçüncü dəfə mövsümün ən yaxşı gənc futbolçusu seçilib

Bakı. Trend:

İspaniya yığmasının və “Barselona” klubunun hücumçusu Lamin Yamal “France Football” jurnalının versiyasına görə 2025/26 mövsümünün ən yaxşı gənc futbolçusuna verilən “Kopa” mükafatına layiq görülüb. Tədbir Londonda keçirilir.

2025/26 mövsümündə Yamal “Barselona”nın heyətində müxtəlif turnirlərdə keçirdiyi 45 matçda 24 qol vurub və 18 məhsuldar ötürmə edib. O, İspaniya çempionatının və ölkə Superkubokunun qalibi olub, həmçinin UEFA Çempionlar Liqasının 1/4 finalına yüksəlib.

İspaniya millisinin heyətində 19 yaşlı futbolçu dünya çempionu olub. Yamal mundialda 7 oyunda meydana çıxaraq 1 qol vurub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti