Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə iki ölkə arasında dövlətlərarası münasibətlər ən yüksək inkişaf zirvəsinə çatıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikri Bakıda keçirilən “Özbəkistan və Azərbaycan: Ortaq tarixi irs, İslam sivilizasiyası və müasir elmi əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfransda səsləndirib.
O bildirib ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri bütün sahələrdə, xüsusilə elm, mədəniyyət və ədəbiyyat sahələrində özünü göstərir.
Akademik AMEA ilə Özbəkistanın elm və ali təhsil müəssisələri arasında geniş əlaqələrin qurulduğunu diqqətə çatdırıb.
“Bu tədbir və konfranslar Azərbaycan-Özbəkistan əlaqələrini, elmi, mədəni və ədəbi münasibətlərimizi yeni tarixi şəraitdə daha da dərinləşdirməyə xidmət edir”, – deyə İsa Həbibbəyli əlavə edib.
