Vuçiç seçkilərdə məğlub olduğunu etiraf edib

Dünya xəbərləri Xəbər 26 Oktyabr 2026 01:26 (UTC +04:00)
Vuçiç seçkilərdə məğlub olduğunu etiraf edib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiç rəhbərlik etdiyi “Birləşmiş Serbiya” seçki siyahısının parlament seçkilərində məğlub olduğunu bəyan edib.

Bu barədə “Euronews Serbia” məlumat yayıb.

Vuçiç bildirib ki, ilkin hesablamalara görə, tələbə hərəkatını təmsil edən siyahı parlamentdə 135–140 mandat qazana bilər, onun rəhbərlik etdiyi siyahı isə təxminən 105 mandat əldə edə bilər.
Seçkilərin yekun nəticələri hələ açıqlanmayıb.

Xatırladaq ki, Aleksandar Vuçiç Serbiyanın siyasi həyatında uzun müddət aparıcı rol oynayıb. O, 2014–2017-ci illərdə baş nazir, 2017-ci ildən isə ölkə prezidenti vəzifəsində çalışıb. 2026-cı il sentyabrın 27-də prezident vəzifəsindən istefa verib. Bu addım onun oktyabrın 25-də keçirilən növbədənkənar parlament seçkilərində rəhbərlik etdiyi siyahı ilə iştirak etməsinə yol açıb.
Serbiyada hakimiyyətə qarşı etirazlar 2024-cü ilin noyabrında Novi-Sad şəhərində dəmiryol vağzalının örtüyünün uçması və 16 nəfərin həlak olmasından sonra güclənib. Etirazçılar faciəyə görə məsuliyyətin müəyyənləşdirilməsini, korrupsiya ilə mübarizəni və dövlət qurumlarının hesabatlılığının artırılmasını tələb ediblər. Vuçiçin hakimiyyəti isə korrupsiya və idarəçiliklə bağlı ittihamları rədd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti