Stubb Ukrayna danışıqlarında Avropadan vasitəçi rolu üçün ən yaxşı namizəddir - KİV

Dünya xəbərləri Xəbər 24 Oktyabr 2026 11:20 (UTC +04:00)
Stubb Ukrayna danışıqlarında Avropadan vasitəçi rolu üçün ən yaxşı namizəddir - KİV
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Finlandiya Prezidenti Aleksandr Stubb Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Rusiya ilə mümkün danışıqlarda Avropanın vasitəçisi roluna ən perspektivli namizədlərdən biri hesab olunur.

Bu barədə "Berliner Zeitung" qəzeti yazır.

Nəşr Stubbu bu rol üçün üstün namizəd edən amillərdən biri kimi onun ABŞ Prezidenti Donald Trampla yaxşı münasibətlərini göstərir. Onlar 2025-ci ilin martında Floridada görüşərək ikitərəfli münasibətləri və Ukrayna məsələsini müzakirə ediblər.

Finlandiya lideri, həmçinin Osloda Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla keçirilən son danışıqlarda iştirak edib. Buna görə də Stubb Ukrayna və ABŞ tərəflərinin mövqeləri ilə tanışdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti