Ukrayna təyyarəsi Yaponiyada eniş zamanı yanıb (FOTO)

Dünya xəbərləri Xəbər 23 Oktyabr 2026 10:58 (UTC +04:00)
Ukrayna təyyarəsi Yaponiyada eniş zamanı yanıb (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaponiyanın Naqoya şəhəri yaxınlığındakı Çubu beynəlxalq hava limanında Ukraynaya məxsus yük təyyarəsi eniş zamanı yanıb.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə oktyabrın 22-də yerli vaxtla saat 19:20 radələrində baş verib. Təyyarənin enişi zamanı gövdəsində alov müşahidə olunub. Təyyarə uçuş-enmə zolağında qısa müddət dayanıb, daha sonra zolağı tərk edib.

Hadisə ilə əlaqədar uçuş-enmə zolağı 15 dəqiqə müddətinə bağlanıb. Hazırda hava limanı normal rejimdə fəaliyyət göstərir.

Yerli hakimiyyət orqanları hadisənin başvermə şəraitini araşdırır. Təyyarənin göyərtəsində daşınan yük barədə məlumat verilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti