Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İranı ABŞ-də keçiriləcək aralıq seçkilərindən əvvəl neftin qiymətini artırmağa çalışmaqda ittiham edib.
Bu barədə Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, İran neftin qiymətini artırmaq üçün əlindən gələni edir və hətta saxta hücumlar, minalar və digər məsələlər barədə məlumatlar uydurur.
Trampın sözlərinə görə, hazırda Hörmüz boğazından münaqişə başlamazdan əvvəlki dövrlə müqayisədə daha çox neft daşınır.
ABŞ Prezidenti İran hakimiyyətini etirazçıları və onların qarşısına çıxan digər şəxsləri öldürməkdə ittiham edib.
“Yeddi aydan da az müddətdə 75 000 etirazçı öldürülüb. Dünyanın və Demokratlar Partiyasının buna əhəmiyyət vermirmiş kimi görünməsi təəccüb doğurur”, – deyə o qeyd edib.
O, İranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyini və olmayacağını vurğulayıb.
