Naxçıvanda ictimai müzakirələrin keçirilmə qaydası dəyişir

Cəmiyyət Sənəd 22 Oktyabr 2026 10:00 (UTC +04:00)
Naxçıvanda ictimai müzakirələrin keçirilmə qaydası dəyişir
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda ictimai müzakirələrin Elektron Hökumət İnformasiya Sistemi üzərindən də təşkili mümkün olacaq.

Trend-in əldə etdiyi məlumata görə, bu məsələ “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Belə ki, aparıcı komitənin tapşırığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı qanun layihələrinin ictimai dinləmələrini və ictimai müzakirələrini təşkil edəcəl. Bu tədbirlər komitənin iclası ilə eyni vaxtda da keçirilə bilər.

İctimai dinləmələr və müzakirələr “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun təşkil olunacaq. Tədbirlər Elektron Hökumət İnformasiya Sistemi üzərindən də keçirilə biləcək və iştirakçılar tarix barədə həmin sistem vasitəsilə məlumatlandırılacaqlar.

İctimai dinləməyə və ya müzakirəyə dəvət edilən şəxslər tədbirin keçirilmə tarixi barədə ən azı 5 gün əvvəl xəbərdar olunmalıdırlar. Təcili elan edilən qanun layihələri ilə bağlı isə bu müddət ən azı 3 gündür.

Ali Məclis birinci oxunuşda qəbul edilmiş qanun layihəsi ilə bağlı ictimai dinləmə və ya ictimai müzakirə keçirilməsi barədə qərar da qəbul edə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti